DÇ-2022: Yaponiya rəqibini 14 cavabsız qolla məğlub edib - VİDEO

img

30-03-2021 [17:29]


Futbol üzrə 2022-ci il dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsində II mərhələnin daha bir oyunu başa çatıb.

Məlumata görə, Yaponiya yığması F qrupunda Monqolustanın qonağı olub.

Qarşılaşma yaponiyalıların 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə rəqibini 5 dəfə məyus edən "gündoğar ölkə" təmsilçisi ikinci yarıda daha 9 qol vurub.

Bu qələbə sayəsində xalını 15-ə çatdıran Yaponiya liderliyini davam etdirir. Monqolustan isə 3 xalla sonuncu - 5-ci pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR