Türkiyə və Latviya yığmaları arasında keçiriləcək oyuna azarkeş buraxılmayacaq

img

29-03-2021 [22:11]


Martın 30-da Türkiyə və Latviya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyununa azarkeş buraxılmayacaq.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) Tibb Komitəsi qərar qəbul edib.

COVID-19 pandemiyası dövründə riskli addımların atılması və azarkeşlərin bir yerə toplaşmasının ciddi fəsadlara yol açacağı qənaətinə gəlinib.

Qeyd edək ki, Tütkiyə - Latviya matçı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Daha əvvəl TFF tribunaların 15 faizinə azarkeşlərin buraxılacağını açıqlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR