ƏVVƏL ÇÖRƏK, SONRA QARABAĞ... - Ermənistan və Paşinyanın yeni seçki strategiyası (TƏHLİL)

img

23-03-2021 [13:29]


Kürşad Zorlu,

professor 

Haberturk.com

***

Qarabağdaki savaşın və ardından əldə olunan razılaşmanın yanğıları sürür. Ölkədə başlayan siyasi sabitsizliyin ardından hər an erkən seçki qararı alına biləcəyini söyləyirdim, elə də oldu. Ermənistan xalqı 20 iyunda sandıq başına gedəcək…

Bu müddətdə təlatümlər və ardından gələcək hökümət təxminən 4 ili qalan Qarabağ anlaşmasının (Burada 10 noyabrda imzalanan üçtərəfli Bəyannaəmə nəzərdə tutulur - Red) icrasının davamlılığını da göstərəcək.

Bu çərçivədə Ermənistan Baş naziri Nikol Pasinyan erkən seçki qararı alınmasından iki gün sonra - 20 martda ölkənin qərbinə getdiyi ziyarətdə Qarabağla bağlı əldə olunan atəşkəs anlaşması ilə bağlı mesajlar verib.

Əslındə, bütün tənqidlərə rəğmən, anlaşmanın uyğulanması yönündəki iradəni gücləndirən, amma ən çox da xalqın bu durumdan faydalanmasını bir cür seçki vədi halına gətirir kimiydi. Zira, Paşinyan anlaşmadakı bəzi xususlar həyata geçirilərsə, bunun Ermənistan iqtisadiyyatına müsbət təsir edəcəyinin altını cızdı. Xüsusiylə bölgədə yeni layihələrin inkişafı ilə bağlı problemlərin həlli və istər dəmiryolu, istərsə də avtomobil yolunun tikilməsi durumunda, bundan sadəcə Azərbaycanın deyil, Ermənistanın da yararlanacağını vurguladı.

Paşinyan orada belə mesajlar verdi:

"Hər hansı biri bu yolların açılmasının ancaq Azərbaycan üçün faydalı olduğunu söyləyirsə, inanmayın. Eyni şəkildə, sadəcə Ermənistan üçün faydalı olduğunu söyləyirsə, buna da inanmayın. Bunun gerçəkləşməsi, həm Ermənistan, həm də Azərbaycan üçün faydalıdır. Bu durumda Naxçivan ilə bir bağlantı Azərbaycanın xeyirinədir; Rusiya və İranla güvənli bir dəmiryolu bağlantısına ehtiyacımız olduğu üçün, bu da Ermənistanın xeyirinədir"

Seçkiyə yönəlik də olsa, Paşinyanın bu təbliğatının iqtisadi və sosial problemlər içindəki Ermənistan xalqına nə qədər inandıra gələcəyini zamanla görəcəyik. Ancaq bu var ki, rəqiblərinin bu söhbətə (Qarabağ anlaşmasına - red) girməkdən qaçması, bəlli bir seçki kütləsində Paşinyanı təsirli edir. 

SON SORĞU VƏ ORTYA ÇIXAN REALLIQ

"Center for Insights in Survey Research" tərəfindən ötən ay aparılan sorğuda çox gözlənilməz nəticələr üzə çıxdı. Belə ki, Ermənistan toplumunun 55 faizi erkən seçki qərarını doğru sayıb, 12 faiz qərarsız olub.

Diqqətçəkən digər nəticə isə odur ki, xalqın təxminən 50 faizi heç bir siyasi partiyaya inanmadığını deyib.

"Əgər bu bazar seçki olarsa, Paşinyanın partiyasına səs verərsiniz?" sorğusuna 33 faiz "hə", 42 faiz isə "Heç bir partiyaya səs vermərəm" deyib.

Bundan əlavə, sorğu iştirakçılarının 45  faizi Ermənistanın səhv yolda irəlilədiyini düşünərkən, 31 faizi doğru yolda sayır, 24 faiz isə qərarsızdır.

Xalqın 49 faizi Ermənistanın gələcəyinin yaxşı olacağını düşünür. 

“Qarşıdakı 4 ildə ailəniz üçün Ermənistanda bir gələcək görürsünüz?” sorğusuna 73 faiz "hə’" cavabını verir. Buna qarşı qarşıdakı 10 il üçünsə, eyni suala 66 faiz müsbət yanaşıb.

Xalqın 55 faizi ölkədə Baş Nazirlik sistemini çox yaxşı dəyərləndirdiklərini vurğulayıblar.

"Bundan sonra hansı problemə daha çox diqqət ayrılmalıdır?" sualına isə 97 faiz belə cavab verib: "İqtisadiyyat, işsizlik, sabitlk".

Maraqlıdır ki, məhz "çörək davası"ndan sonra iştiakçılar Qarabağa diqqət çəkib. Sorğu iştirakçıları bildirib ki, Dağlıq Qarabağdan qaçanlar geri qayıtmalı, eyni zamanda, Qarabağ anlaşması yenidən düzənlənməlidir...

Tərcümə MİA.AZ-ındır.


Digər xəbərlər
SON XƏBƏRLƏR