İspaniya Kubokunun təxirə salınan finalı azarkeşsiz olacaq

img

18-03-2021 [15:58]


"Real Sosyedad" və "Atletik" (Bilbao) komandaları arasındakı İspaniya Kubokunun final matçına azarkeş buraxılmayacaq.

İspaniya Futbol Federasiyasın xəbər verir ki, 2019/2020 mövsümündə koronavirus pandemiyası səbəbindən təxirə salınan həlledici oyunun boş tribunalar önündə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, final matçı aprelin 4-də Sevilyadakı Olimpiya stadionunda baş tutacaq. 2020/2021 mövsümündə isə finalda "Barselona" və "Atletik" qarşılaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR