Türkiyə kuboku: "Beşiktaş"ın finaldakı rəqibi bilindi

img

17-03-2021 [23:49]


Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Məlumata görə, "Antalyaspor" evdə "Alanyaspor"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Antalya təmsilçisinin heyətində qolları 18-ci dəqiqədə Lukas Podolski və 82-ci dəqiqədə Hakan Özmert vurublar. "Antalyaspor" bu qələbə sayəsində finalda "Beşiktaş"a rəqib olub.

Qeyd edək ki, Türkiyə kubokunda final oyununun yeri və vaxtı hələ açıqlanmayıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR