Çempionlar Liqasının finalı azarkeşlərlə keçiriləcək

img

17-03-2021 [17:40]


Bu mövsüm UEFA Çempionlar Liqasının final oyunu azarkeşlərin iştirakı ilə keçiriləcək.

ESPN xəbər verir ki, Avropada peyvəndləmə prosesinin sürətlənməsini nəzərə alan qitə futbol qurumu həlledici matça məhdud sayda tamaşaçının buraxılacağına ümid edir.

Həmçinin UEFA turnirin bəzi 1/8 final görüşlərinin neytral meydanlara salınmasına baxmayaraq, növbəti mərhələlərdə ənənəvi formatda təşkil olunacağına inanır.

Qurum daha əvvəl AVRO-2020-nin azarkeşlərlə keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR