İsmail Kartal yenidən baş məşqçi təyin olundu

img

23-03-2021 [18:26]


Türkiyənin "Erzurumspor" komandasının yeni baş məşqçisi açıqlanıb.

Klubdan verilən məlumata görə, Superliqa təmsilçisi İsmail Kartala tapşırılıb.

60 yaşlı mütəxəssis bu vəzifədə Mesut Bakkalı əvəzləyib.

Kartal "Erzurumspor"un cari mövsümdə 5-ci baş məşqçisidir. Komandaya mövsümün əvvəlində Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.

Qeyd edək ki, "Erzurumspor" yarış cədvəlində 27 xalla 19-cu sırada yer alıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR