“Qəbələ” iki yoxlama oyunu keçirəcək

img

17-03-2021 [17:19]


“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına martın 18-də start verəcək.

Mia.az xəbər verir ki, komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv martın 25-də “Zirə” ilə üz-üzə gələcək.

“Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. “Qırmızı-qaralar” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş “Dalğa Arena”da baş tutacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR