Məzahir Pənahov BDU-dakı vəzifəsindən azad edilib

img

08-04-2022 [11:19]


Bakı Dövlət Universiteti (BDU) Məzahir Pənahovun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Universitetdən bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə qeyd olunan kafedranın müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

BDU-dan həmçinin bildirilib ki, Fizika fakültənin Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA