Rusiyalı qadın çempion narkotiklə saxlanılıb

img

16-03-2021 [14:31]


Rusiyalı idmançı Anna Orlovskaya narkotik maddələrlə saxlanılıb.

Məlumata görə, fristayl üzrə ikiqat ölkə çempionunun üzərində 7 bağlama heroin aşkarlanıb.

26 yaşlı idmançı bu bağlamaları lazımi ünvanlara çatdırmalı idi. Onun üzərində mobil telefonlar, bank kartları da tapılıb.

Qeyd edək ki, 2012-ci ildə iki növ üzrə Rusiya çempionu olan Anna sonradan dopinqdən istifadəyə görə iki illik diskvalifikasiya alıb.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR