XİN başçısı Avropa İttifaqının rəsmisi ilə telefonda nələri müzakirə edib? - Açıqlama

img

24-02-2021 [20:18]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-dən Mia.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR