"Bu, Rusiya ilə Azərbaycan, o cümlədən Türkiyə arasında müharibəyə səbəb ola bilərdi" - Rus hərbi ekspertdən Paşinyanın ittihamına reaksiya
24-02-2021 [15:59]
“Qarabağ müharibəsi zamanı “İsgəndər” raketləri Dağlıq Qarabağdan deyil, Ermənistan ərazisindən Azərbaycandakı hədəflərə atılıb”.
Bunu rusiyalı hərbi ekspert Viktor Litovkin deyib.
O qeyd edib ki, Azərbaycanın hədəflərinə Ermənistandan “İsgəndər” raketlərinin atılması İrəvanla müttəfiq olan Rusiya ilə Azərbaycan, o cümlədən Türkiyə arasında müharibəyə səbəb ola bilərdi.

Viktor Litovkin
Ermənistanın Baş naziri Nikol Paşinyanın “İsgəndər” raketlərinin səmərəsizliyi ilə bağlı açıqlamasına münasibət bildirən ekspert hesab edir ki, bu, 2020-ci ilin payızında baş verən müharibədə bir dövlət rəhbəri olaraq Paşinyanın Dağlıq Qarabağın müdafiəsində şəxsi uğursuzluğunu və ya səriştəsizliyini ört-basdır etmək üçün həyasız cəhdidir.
Bundan əlavə, hərbi ekspert “İsgəndər” raketlərinin etibarlı silah olduğunu, ancaq onun döyüşə hazır vəziyyətdə saxlanılmasının vacibliyini vurğulayıb: “Ehtimal ki, döyüşə hazır vəziyyətdə saxlanılmayıb. Qarışıqlıq, Ermənistan Silahlı Qüvvələrində xidmətin düzgün qurulmaması, Ermənistanın raket bölmələrinin hərbçilərinin aşağı ixtisaslı olmaları əminliklə deməyə əsas verir ki, “İsgəndər” komplekslərini anbarlarda toz basıb, onlara lazımi texniki və reqlamentə uyğun xidmət göstərilməyib. “İsgəndər”lərin döyüşdə istifadəsi üçün təlimlər keçirilməyib və ya həmin təlimlər etinasızlıqla aparılıb”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan yerli televiziya kanalına müsahibəsində keçmiş prezident Serj Sarqsyanın Qarabağ müharibəsinin ilk günlərində Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməməsi ilə bağlı ittihamlarına cavabında həmin raketlərindən istifadə olunduğunu, lakin onların əksəriyyətinin yararsız çıxdığını və partlamadığını bildirib/APA.
Xatırladaq ki, dünən Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanla müharibə zamanı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb.

O, bunu erməni KİV-lərinə müsahibəsində deyib.
N.Paşinyan sabiq prezident Serj Sarkisyanın ittihamlarına cavab olaraq bildirib: ""İsgəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin".
Qeyd edək ki, bu raketlər Sarkisyanın hakimiyyəti dövründə Rusiyadan alınıb. Daha doğrusu, Rusiya bu raketləri Ermənistana pulsuz verib. İndisə aydın olur ki, onlar istismara belə yaramırlar...
Mia.az
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi