"Maliyyə Nazirliyinin işçisi maşından özünü ataraq Prezident Aparatına sığınmışdı..." - Sabiq nazirdən sensasion iddialar
12-02-2021 [11:03]
Fikrət Yusifov,
Sabiq maliyyə naziri, professor
****
Dostlar, bu adam (fotosu aşağıda - red) 1990-cı illərin ortalarında, cəmi 1 il, o vaxtkı Respublika Əmanət Bankının sədri vəzifəsində çalışmış Hüseyn Səfərovdur.
Azərbaycanın bank sistemi tarixində ən böyük talanın müəllifidir.
Bankın sədri vəzifəsində işlədiyi 1 il müddətində o vaxtın pulu ilə 150 milyard manat krediti bankın yerli filialları və ilk növbədə Səbayil rayonunun Bayıl ərazisində yerləşən və onun özünə şəxsən aid olan filialda mal-qara tədarükü adı altında nağdlaşdıraraq mənimsəmişdir.
O dövrdə Əmanət Bankının nəzarət zərfi dövlətə məxsus idi. Dövlət adından isə Maliyyə Nazirliyi çıxış edirdi. Dövlətə aid bu payı idarə edən Respublika Maliyyə Naziriliyi və bir nazir kimi mən, Əmanət Bankında baş verən bu talana qarşı biganə qala bilməzdik. Mən bankda baş verən bu talanı araşdırmaq üçün Maliyyə Nazirliyinin mütəxəssislərindən ibarət təftiş qrupu ayırdım. Qısa zaman içərisində bütün bu oğurluqların üstü açıldı.
Təsəvvür edin, mütəxəssislər o zaman hesblamışdılar ki, bankın filiallarından Hüseyin Səfərovun bilavasitə tapşırıqları ilə mal-qara tədarükü adı altında ayrı-ayrı adamların adına kredit kimi verilib, nağdlaşdırılaraq oğurlanan bu pullara əgər həqiqətən mal-qara alınsaydı, onda bu mal-qaranın yerləşə biləcəyi ərazi Abşeron yarımadasının ərazisindən 3 dəfə böyük olmalı idi. Pulların daha çox nağdlaşdırıldığı Əmanət Bankının Bayıl ərazisində yerləşən və Hüseyin Səfərova bilavasitə aid olan filialda Maliyyə Nazirliyinin mütəxəssisləri yoxlama apararkən, Hüseyn Səfərovun silahlı adamları Maliyyə Nazirliyinin 3 müfəttişini oğurlayıb naməlum istiqamətdə aparmışdılar. Müfəttlişlərdən biri (o, hal hazırda da Respublika Maliyyə Nazirliyində çalışır) "Azneft" meydanından qalxaraq onları naməlum istiqamətdə aparan maşın hərəkətdə olarkən, onun qapısını açaraq Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanında özünü yerə atmış və qaçıb Prezident Aparatına daxil olaraq xilas olmuşdu. Təbii ki, bundan sonra ölkə rəhbərliyi və Baş Prokurorluq bu məsələyə qarışdı və Maliyyə Nazirliyinin Hüseyn Səfərov tərəfindən oğurlanmış iki müfəttişi də tapıldı.
Son müsahibəmdə bəzi məmurları rüşvət və korrupsiya hallarına görə tənqid etməyim Azərbaycanın bank tarixində ən böyük talanı həyata keçirmiş bu adamcığın xoşuna gəlməyib və hesab edib ki, o, bu məsələyə münasibət bildirməlidir. El gözü tərəzidir. Qoy mənə dövlət bankını talan etdiyinə görə işdən qovdurduğum biri yox, yaxından tanıyanlar və fəaliyyətimə bələd olanlar qiymət versinlər.
Prezident İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşüb
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ - FOTOLAR (Yenilənib)
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı
Füzuliyə daha 39 ailədən ibarət 140 nəfər köçürülüb