Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir?
15-01-2021 [17:08]
Samir FEYRUZOV
***
I HİSSƏ
***
Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdən sonra ortaq Bəyanat imzalandı. Hər 3 ölkənin liderlərinin bəyan etdikləri məsələlərdən bir neçəsinə diqqət edək:
- “2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması...”
- “...prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək...”
- “... Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması...”
Heç şübhəsiz ki, mövcud bəyanatda göstərilən müddəalar bölgədəki vəziyyətin inkişafını, iqtisadi əlaqələrin qurulmasını, infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Bəs Ermənistan buna hazırdırmı? Tarix nə deyir?
Tarix təkrarlanır... 1918-ci ildə ermənilərlə bərabər gürcülər də Azərbaycanın ərazilərinə iddia edirdilər. Xüsusilə də, Zaqatala okruqu, Borçalı uyezdi və Siqnaxın bir hissəsinə sahiblik barədə razılıq əldə etmək mümkünsüz görünürdü. Çar Rusiyasından miras qalmış inzibati-ərazi bölgüsü Azərbaycan-Gürcüstan arasında ərazi-sərhəd problemlərini şərtləndirən əsas amil idi. Amma bu istiqamətdə Azərbaycanla Gürcüstan arasındakı mübahisələr silahlı toqquşma müstəvisinə keçmədi. Çünki hər iki tərəf strateji mütəffiqliyə, qardaşlıq-dostluq münasibətlərinə, ciddi iqtisadi əlaqələrin yaranmasına önəm verirdi. Ancaq Azərbaycan-Ermənistan, Gürcüstan-Ermənistan mübahisələri silahlı toqquşmalara gətirib çıxarmışdı. Ermənistan həm Azərbaycan, həm də Gürcüstanla səmimi ola bilmirdi, daha sonrakı silahlı hücumlar bunu isbatlayır. Həmin dövrdə Gürcüstan-Azərbaycan arasında daha çox ciddi iradə tələb edən və səmimi münasibəltər sistemi qurulmuşdu, ortaq işlərdən hər iki ölkə qazanırdı:
- Azərbaycan nefti Batumi limanına uzanan dəhlizdən asılı idi, ölkəmiz üçün yeganə neft ixrac dəhlizi də məhz bu idi.
- Batumi limanı məhz Azərbaycan neftinə görə Gürcüstanın inkişafını şərtləndirən əsas amil idi, elə Gürcüstün üçün də əsas normal iqtisadi münasibəltərin qurulması, neftin saxlanması və daşınmasından əldə etdiyi gəlir əldə etmək olduqca vacib idi.
Hətta Azərbaycan parlamentində çıxış edən M.Ə.Rəsulzadə gələcək hökumətin erməni siyasətini belə xarakterizə edirdi: “Keçmişin məşum tərkəsi olan erməni-müsəlman hadisati-ələmiyyəsinə bir daha meydan verməmək üçün hökumət hər növ fədakarlığa təhəmmül etməli, burada dağıdıcı ədavətin izaləsinə səy etməlidir”.
Amma sonrakı hadisələr ermənilərin Azərbaycana qarşı ərazi iddialarından, mənfur planlardan vaz keçmədiyini göstərdi.
11 yanvar - Moskva görüşündən sonra Paşinyan dedi: “Dağlıq Qarabağ münaqişəsi hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir”.
Deməli, Ermənistan hələ buna hazır deyil, 3 dövlət arasında bundan sonra normal iqtisadi münasibətlərin qurulması ermənilər üçün genetik “ərazi iddiaları” xəstəliyindən az əhəmiyyət kəsb edir. Onlar bu xəstəlikdən qurtulmaq üçün hazır görünmürlər.
Halbuki, Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə vurğuladı ki, “Bugün imzalanan bəyanat bizim niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması idi. Bu o sahədir ki, regionun inkişafına dinamizm qata bilər və təhlükəsizliyi gücləndirə bilər, çünki nəqliyyat kommunikasiya xətlərinin açılması Azərbaycan, Ermənistan və Rusiya xalqlarının, bizim qonşularımızın maraqlarına cavab verir”.
SİTAT: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabiliyini gücləndirməyi düşünməliyik”.
Sosial-iqtsadi təlatümlər, siyasi kataklizmlər məngəsində məhv olan Ermənistan üçün bundan gözəl şans ola bilməzdi. İ.Əliyev bölgədə sülhün təmin olunmasının, iqtisadi inkişafın tərəfindədir. Amma Ermənistan buna hazır olmadığını sübut edir.
Bəs bizə sərf edən variant nədir?
- Bəlkə elə Ermənistanın bu mövqedə dayanması bizə sərf edir!?
- İnfrastruktur, nəqliyyat, regional layihələrdən qidalanaraq, güc əldə edən Ermənistanın Azərbaycana qarşı yenidən işğalçılıq siyasəti həyata keçirməyəcəyinə kim və necə zəmanət verir? Belə bir zəmanət və sənəd də yoxdur!
- Ermənistan bu cür zəif, gücsüz durumda olması bizim milli maraqlarımıza cavab vermir? Verir. Deməli, qarşılıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində Rusiya və Azərbaycanın birgə səyləri də boşa çıxa bilər, Ermənistan öz ənənəvi revaşist mövqeyindən daşınan deyil.
Digər tərəfdən, Rusiya Prezidenti Putin də birgə tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılmasın danışdı. Amma Paşinyan bütün bunlara hazır olmadığını göstərir. Ermənistanı inkişaf xəttinə Rusiya necə daşıyacaq? Bəs regional layihələr Ermənistanın mənfur planlarını necə və hansı müddətə qədər ertələyə biləcək?
Rusiya birgə inkişaf üçün “zəncirvari iqtisadiyyat” modelinin tətbiqinə çalışa bilərmi?
İqtisadiyyat yoxdursa, siyasət də yoxdur. SSRİ dövründə movcud iqtisadi sistemi möhkəmləndirmək üçün “rus ideologiyası” 15 respublikanın hər birinin ayrı-ayrılıqda inkişaf etməsini həyata keçirmədi. “Zəncirvari iqtisadiyyat” üsulu tətbiq olundu. Məsələn, hansısa texniki avandanlığı, məhsulu istehsal etmək üçün həmin texniki avadanlığın müxtəlif detalları, hissələrinin hərəsi bir ölkədə istehsal olunurdu. Ona görə də, SSRİ dağılandan sonra Sovet respublikaları da iqtisadi cəhətdən çökdü, zavodlar bağlandı: “Mən varamsa, siz də varsınız, mən yoxamsa, siz də yox olmalısınız…”. Hansısa məhsulun bir detalı Belarusiyada, digər detalı Azərbaycanda, başqa bir detalı Ukraynada hazırlanırdısa, SSRİ dağıalndan sonra o məhsul necə istehsal oluna bilərdi ki!? O ölkə iqtisadi cəhətdən çökməyə bilərdimi!?
Amma SSRİ Azərbaycanı həm də repressiyaya məruz qoymuşdu, milli şüur, milli təfəkkür tərzimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız təcavüzə məruz qalmışdı. Ermənistanı isə bütün bu dəhşətlərdən uzaq tutmuşdu. Biz həm inkişaf etməli, həm də ölməməli idik. Ermənistanı isə həm yaşadırdılar, həm də inkişaf etdirirdilər. Bütün bunlarla belə Sovet dövründə də Azərbaycan bütün sahələr üzrə Ermənistanı qabaqladı. Amma Ermənistan da qidalandı, kürəyini ruslara söykədi, SSRİ dağıalndan sonra rəzil gündə olan Ermənistan fürsətdən istifadə edərək işğalçılıq siyasətinə başladı.
Azərbaycan müstəqil dövlətdir. Demirəm ki, Rusiya bundan sonrakı iqtisadi münasibələt sistemində, 3 dövlətin birgə iqtisadi əlaqələri, inkişafı kontekstində, hansısa regional layihədə “zəncirvari iqtisadiyyat”a qayıdacaq. Amma gələcəkdə iqtisadi subyektlər yaranacaq və xeyli detallar ortaya çıxacaq. Diqqət etməli olduğumuz əsas məqamlardan biri bu olmalıdır.
Şəksiz, Ermənistanın iqtisadi cəhətdən dirçəlməsi Rusiyanın maraqları dairəsindədir, Qarabağ probleminin tam həlli Rusiyanın maraqlarına cavab vermir. 200 ildir “Qarabağ amili”ni əsas siyasi istiqamətlərdən birinə çevirən Rusiya üçün Qarabağ probleminin tam həlli onun Qafqazdakı planlarını iflic etmiş olur. Ona görə də, bunu problem kimi sıradan çıxarmaq üçün Rusiyanın səylərinə inanmaq da bizm maraqlarımıza cavab vermir. Yanvarın 11-də Putinin dediyi fikirlrədə bu da var idi: “Bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək.".
O zaman sual olunur:
- Birgə inkişaf haqqında razılıq varsa, hansı addımlar atmalıyıq ki, Ermənistanın iqtisadi cəhətdən dirçəlməsi gələcəkdə Azərbaycana qarşı aqressiya, mənfur planlarla nəticələnməsin?
- Birgə inkişaf çərçivəsində Azərbaycan əsas uduşlu dövlət olmaq üçün nələr etməlidir?
- Ermənistan regional layihələrdə iştiak edəcəksə, ona hansı şərtlər diktə olunmalıdır? Ermənistan hansı şərtlərə qeyd-şərtsiz əməl etməlidir?
- Ermənistanın iqtisadi cəhətdən qidalanması, ayaqüstə durması 100 sonra da bizim əleyhimizə işləyəcək, bəs birgə inkişaf konteksində Ermənistanı zəif və gücsüz dövlət kimi necə saxlamaq olar? Bəlkə elə “zəncirvari iqtisadiyyat”ın başqa bir modelini Azərbaycan tətbiq etməlidir?
- Türkiyə bu məsələrdə necə rol almalıdır?
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə ermıni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb
Gəncədə 15 yaşlı uşaq azyaşlını bıçaqlayıb
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"
Tramp "Harvard"dan əl çəkmir: Əcnəbi tələbələrin vizaları dayandırılıb - Uniiversitet prezidenti qisasçılıqda günahlandırdı
Gədəbəydə 74 yaşlı qadına qarşı zorakılıq törədilib - İki qurum birgə məlumat yaydı
Rəsmi Bakı Danimarkanı təbrik edib
İlham ƏIiyev: "Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"
Sabah yağış yağacaq
Laçın “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub
Meksika Trampın qərarına etiraz etdi: "Bu, ədalətsiz və hüquqi əsası olmayan addımdır"
Azərbaycan-İran dövlət sərhədinin pozulması halının qarşısı alınıb