İlham Əliyev: "Ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar"
CƏMİYYƏT
13.01.2021, 14:50
"Cənab baş direktor, sıx əməkdaşlıq etdiyimiz bütün bu illər ərzində şəxsən sizə və ICESCO-ya Azərbaycana davamlı dəstək göstərdiyinizə görə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə müharibə zamanı qəbul edilmiş qərarlara görə təşəkkürümü bildirmək istəyirəm. Müharibə başlayandan bir neçə gün sonra - oktyabrın əvvəlində ICESCO Azərbaycanın ədalətli mövqeyinə çox dəstəkləyici bir bəyanat verdi və qərarlar qəbul etdi. Həmçinin bizim şanlı Zəfərimizdən sonra sizin mənə Qələbə münasibətilə göndərdiyiniz təbrik məktubunuza görə də minnətdarlığımı bildirmək istəyirəm. Bütün bunlar bizim birliyimizi, bizim xalqımızın birliyini nümayiş etdirir".
Bunu Prezident İlham Əliyev yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyi ilə bağlı məsələləri həmişə güclü təşviq etmişdir və ICESCO Azərbaycanda çoxsaylı tədbirlər keçirmişdir. Ümidvaram ki, bu, belə də davam edəcək. Biz həmişə müsəlman ölkələri arasında birliyə çağırış etmişik. Sizin Ağdamda və digər yerlərdə gördükləriniz, həmçinin Ermənistan rəhbərliyinin müsəlmanların dini hisslərinə və tarixinə necə münasibət bəslədiyini göstərir. Onlar biri istisna olmaqla bizim bütün digər məscidlərimizi dağıdıblar. Ağdamdakı məscidi onlar ona görə tam dağıtmamışdılar ki, Azərbaycan Ordusu irəli gedəndə onların artilleriya hücumlarını planlaşdırmaq üçün ərazidə müəyyən bir oriyentirə ehtiyacı var idi. Onlar məsafəni ölçməli idilər. Səbəb bu idi. Lakin bizim məscidlərdə onların donuzları və inəkləri necə saxlaması ilə bağlı çoxsaylı şəkillər var. Bu, təkcə azərbaycanlıların təhqir edilməsi deyil, bu, bütün müsəlmanlara qarşı təhqirdir. Zəngilanın işğaldan azad edilmiş ərazilərinə səfərim zamanı mən tamamilə dağıdılmış məscidə baş çəkdim.
Şuşada onlar bütün məscidləri tamamilə dağıdıblar, bir məsciddən başqa. O da yarımçıq dağıdılmışdı, lakin sonra İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında onlar bəzi təmir işləri görməyə çalışmışdı. Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular, çünki ermənilər işğal edilmiş ərazilərdə demək olar ki, 70 məscidi dağıdıblar.
Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi. Əgər onların münasibəti belə idisə, niyə digərlərini dağıdıblar və niyə digərlərini təmir etməyiblər? Şuşaya gəlmiş həmin xarici şirkət digər məscidlərin, bütün dini və mədəni irsin dağıdıldığını görmədi? Onlar hətta bunu dağıdan separatçılardan da pis davrandılar. Lakin biz hər şeyi bərpa edəcəyik. Biz hər şeyi ilkin vəziyyətinə gətirəcəyik, əraziləri yenidən quracağıq. Əminəm ki, gələn dəfə siz bizə səfər edəndə mənim Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyim Şuşanı da ziyarət etmək imkanınız olacaq.
Mənim sizinlə müzakirə etmək istədiyim məsələlərdən biri də ICESCO-nun Azərbaycanda regional mərkəzi ilə bağlı məsələdir. Bilirsiniz ki, bu məsələ son 3-4 il idi müzakirə olunurdu və biz bu müzakirələrə yenidən nəzər salmaq istəyirik. Əgər müsbət irəliləyiş olsa, düşünürəm ki, biz bunu çox tezliklə edə bilərik. Bu, bizim üçün və İslam həmrəyliyinin güclənməsinə, İslam mədəni irsinin qorunmasına töhfə verən bütün insanlar üçün çox mühüm əhəmiyyət kəsb edəcək", - dövlət başçısı əlavə edib./Report
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ƏRDOĞAN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ
Bugün, 00:30 GÜNDƏM
-
Roberto Mançini: "Matça çox fərqli taktika ilə çıxmayacağıq"
Bugün, 00:28 İDMAN
-
Kantenin fantastik maaşı "dodaq uçurtdu"
Bugün, 00:20 İDMAN
-
İran XİN başçısından Trampa "qiyamət" xəbərdarlığı: "Qiyamətə qədər müharibəyə hazırıq"
Bugün, 00:16 DÜNYA
-
"Fənərbağça" klubunun borcu açıqlandı - 27 milyard...
Bugün, 00:10 İDMAN
-
ABŞ Prezidenti: "İranla bu həftə nəzərdə tutulan görüşdən daha çox nəticə gözləyirəm"
Bugün, 00:07 GÜNDƏM
-
Əziz Yıldırım: "Kassamızda 77 milyon avro var"
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib - FOTOLAR
27.09.2026, 23:19 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması Litvada yığması qarşısında... (YENİLƏNİB)
27.09.2026, 18:45 İDMAN
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" - Ərdoğandan Azərbaycana mesaj
27.09.2026, 17:12 GÜNDƏM
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
27.09.2026, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
27.09.2026, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
27.09.2026, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
27.09.2026, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
27.09.2026, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
27.09.2026, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
27.09.2026, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
27.09.2026, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
27.09.2026, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
27.09.2026, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
27.09.2026, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
27.09.2026, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
27.09.2026, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT