“Bizim dəstəyimizlə Qarabağla bağlı problem həllini tapıb” - Ərdoğandan Avropaya mesaj

img

12-01-2021 [16:18]


“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

O bildirib ki, Türkiyədən başqa, İŞİD terror təşkilatı ilə qətiyyətlə mübarizə aparan Avropa ölkəsi yoxdur.

Ərdoğan qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Aİ ailəsində layiq olduğu yeri tutmalıdır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR