Çavuşoğlu müxalif deputatın sualına belə cavab verdi: "Azərbaycandan gizlin heç bir protokol imzalanmayıb"

img

15-12-2020 [09:40]


“Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında iki protokol imzalanıb. Amma imzalanmazdan öncə Azərbaycanla razılaşdırılıb”.

Bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə məsələləri ilə bağlı danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

TBMM-də müxalif partiyaya mənsub millət vəkillərinin “Rusiya ilə Türkiyə arasında Azərbaycandan xəbərsiz niyə gizli danışıqlar olub?” sualını cavablandıran nazir deyib ki, bu itihamlar əsassızdır, Azərbaycandan gizlin heç bir protokol imzalanmayıb.

Nazir deyib ki, Türkiyənin Azərbaycanda təhlükəsizlik üzrə müşahidə məntəqələrinin yerləşdirilməsi məsələsi ev sahibi olaraq qardaş ölkənin səlahiyyətindədir: “Azərbaycan yer, tarix və heyətdəki sayı müəyyən etdikdən sonra bu məsələ öz həllini tapa bilər”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR