Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər - FOTO

img

14-12-2020 [13:04]


ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.

Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili də iştirak edib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR