Postsovet məkanında yeni təhlükə

img

01-12-2013 [21:36]



28-29 noyabr tarixlərində Litvanın paytaxı Vilnüs şəhərində reallaşan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin üçüncü sammiti özündən əvvəlkilərdən daha böyük əhəmiyyət kəsb et-dirdi. Sammitə ev sahibliyi edən Litvanın prezidenti Dalya Qribauskaytenin bu tədbiri tarixi sammit ad-landırmasında böyük həqiqət var idi. Çünki üç Baltikyanı respublikanın ardınca daha iki postsovet res-publikası - Moldova və Gürcüstan Avroatlantik stukturlara inteqrasiya yolunda ilk addımlarını məhz Vil-nüs sammitində atdılar. Ancaq Vilnüs sammitində Avroatlantik strukturlara inteqrasiya yolunda ilk ad-dım atan ölkələrin sayı daha çox ol bilərdi.
Xatırladaq ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Polşa və İsveçin birgə təşəbbüsü ilə 2008-ci il-də irəli sürülüb. Avropa Birliyinin 2009-cu ilin may ayında Praqada keçirilən sammitində isə rəsmən elan olunub. Şərq Tərəfdaşlığı Proqramı Avropa Birliyinin Avropa Qonşuluq Proqramının daha konkret bir layihəsidir və 6 postsovet respublikasını - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.
Belarus hələ ötən əsrin sonlarında Rusiya ilə ittifaq dövlətinin yaradılması haqqında müqavilə imzaladığı üçün bu respublikanı Şərq Tərəfdaşlığı Proqramına 5+1 formatına cəlb etmək istəyirdilər. Ancaq sonra-dan 6 postsovet respublikasını eyni statusla proqrama daxil etmək qərarı verildi.
İki il sonra Varşavada keçirilən ikinci sammitdə proqramın reallaşdırılması istiqamətində görülən işlər qiymətləndirilmiş və növbəti sammitdə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamağa hazır öl-kələrlə ilk addımın atılması qərara alınmışdı.
Sonrakı hadisələr Şərq Tərəfdaşlığı Proqramı irəli sürüləndə Belarusun 5+1 formatında proqrama daxil edilməsini istəyənlərin haqlı olduğunu sübuta yetirdi. Belə ki, ötən müddət ərzində Belarus Avropa Bir-liyi ilə əməkdaşlığa ciddi maraq göstərmədi və Rusiyanın vassalı olduğunu nümayiş etdirdi. Buna görə də Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əsasən beş ölkə ilə əməkdaşlıq edirdi. Ancaq ölkələrin mövqelərində və Brüsselin onlara yanaşmasında ciddi fərqlər var idi.
Gürcüstanın birmənalı Qərbyönümlü siyasəti fonunda Ermənistanın Rusiyayönümlü mövqeyi daha ay-dın görünürdü. Buna görə də Avropa Birliyinin əsas diqqəti Ermənistanı Gömrük İttifaqına qoşulmaqdan çəkindirməyə yönəlmişdi. Ancaq Vilnüs sammitinə bir neçə ay qalmış Ermənistan Moskvanın təzyiqləri-nə dözməyək Rusiyanın vassalına çevrildi.
Azərbaycanın bütün ittifaq və birliklərə qoşulmamaq siyasətinin Avropa Birliyinə də aid olduğunu görən Brüssel, səylərini Moldova və Ukraynanı Assosiasiya Razılaşmasını imzalamağa yönəltdi. Rusiyanın güclü təzyiqlərinə baxmayaraq, hər iki respublikanın son həftəyə kimi Avropa Birliyi ilə Assosiasiya Razılaşma-sı layihəsi üzərində iş aparması belə təəssürat yaradırdı ki, Vilnüs sammitində altı ölkədən üçü ilə müqa-viləni imzalamaq mümkün olacaq. Ancaq sammitin başlamasına bir həftə qalmış Ukrayna Rusiyanın təz-yiqlərinə dözməyərək, Assosiasiya Razılaşması layihəsi üzərindəki işini dayandırdı. Ukrayna rəsmiləri etiraf etdilər ki, bu addımı Rusiyanın təzyiqləri qarşısında dayana bilməyərək atıblar.
Dörd il əvvəl Praqada başlanan yolu yalnız iki ölkə - Moldova və Gürcüstan sona kimi gedərək, 28 no-yabrda Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzaladılar. Bununla da Avropa Birliyi ilə Rusiya arasın-da altı postsovet respublikasını öz nüfuz dairələrinə salmaq uğrunda gedən mübarizənin birinci mərhə-ləsi yekunlaşdı. Tərəflərdən hər birinin iki postsovet respublikasını öz nüfuz dairəsinə salmağı bacarma-sı, Azərbaycan və Ukraynanın hələlik hər iki tərəfdən mövqe saxlaması ilə müşaiyət olunan bu mərhə-lənin bitməsi ilə yeni mərhələ başlayır.

Ukraynaya təzyiqlər artacaq

Ukrayna hökumətinin Vilnüs sammitinin başlamasına bir həftə qalmış Avropa Birliyi ilə imzalanacağı gözlənilən Assosiasiya Razılaşması layihəsinin hazırlanmasını dayandırması həm ölkə daxilində, həm də beynəlxalq aləmdə rəsmi Kiyevə qarşı narazılığı artırıb.
Ukrayna hökumətinin məlum qərarından sonra bütün ölkə boyu etiraz aksiyaları başlayıb. Hələlik görü-nən budur ki, Ukrayna bu məsələdə iki yerə bölünüb və Avropaya inteqrasiya tərəfdarları ilə əleyhdar-larının faiz nisbəti demək olar ki, eynidir. Ukrayna hökumətinin qərarından narazı qalanları Qərb, razı qalanları isə Rusiya dəstəkləyir.
Vilnüsdə Ukrayna müxalifəti və vətəndaş cəmiyyətinin təmsilçiləri də çox geniş tərkibdə iştirak edirdi-lər. Qərb liderlərinin onlara isti münasibət göstərdiyi aydın hiss olunurdu. Ukrayna vətəndaş cəmiyyəti-nin təmsilçisi Aleksandr Suşkonun rəmzi olaraq Assosiasiya Razılaşmasını imzalaması, Avropa parlamen-tinin sədri Martin Şultsun "Ukrayna üçün qapımız həmişə açıqdır. Başqa prezidentin və hökumətin vaxtında vəziyyət dəyişəcək",- sözləri də Yanukoviç hökumətinin ciddi təzyiqlərlə üz-üzə qalacağından xə-bər verir.

Nazirlərə qarşı sanksiya tətbiq olunacaq?

ABŞ prezidentinin rəsmi saytında Yanukoviçə və Ukrayna hökumətinin nazirlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan müraciəti artıq 73 mindən çox insan dəstəkləyib. Bu aksiyanın müəllifləri tezliklə lazım olan 100 min imzanı toplayacaqlarını bildirirlər. Bundan sonra ABŞ prezidenti bu ərizədə göstəri-lənlərə rəsmən münasibət bildirməlidir.
Bu ərizədə Yanukoviçə və onun nazirlərinə Qərb ölkələri tərəfindən viza verilməməsi, bu şəxslərə bağlı şirkətlərin hesablarının dondurulması da öz əksini tapıb. Əgər ABŞ və Avropa Birliyi bu ərizədə əksini ta-pan tələbləri tətbiq etməyə başlasa, Yanukoviç Lukaşenkonun taleyini yaşamalı olacaq. Lakin Lukaşenkodan fərqli olaraq, Yanukoviç ölkə daxilində güclü müxalifətlə, ən əsası, Qərbə inteqrasiyanın tərəfdarı olan tələbə hərəkatı ilə üz-üzə qala bilər. Bu isə bir neçə aydan sonra Ukraynada hakimiyyət böhranı ilə nəticələnər.

Azərbaycandan yeni tələblər olacaq

Azərbaycan hakimiyyətinə qarşı Qərbin siyasi liderlərinin mövqeyi Yanukoviçə bəslənən münasibətlə müqayisə olunmasa da, rəsmi Bakıdan narazılıq da az deyil. Azərbaycanın strateji əhəmiyyətini və ener-ji daşıyıcıların ixracatçısı kimi önəminin azalması ilə bu narazılıq daha açıq şəkil alır.
Son prezident seçkilərinə Qərbin reaksiyası rəsmi Bakıya münsibətin dəyişdiyini və yaxud da dəyişmək-də olduğunun mesajı idi. Hələlik rəsmi Bakının bu mesaja doğru reaksiya verdiyini söyləyə bilməsək də, Azərbaycan hakimiyyətinin bu mesajları görməzdən gəlmək niyyətində olmadığını da söyləmək mümkündür.
Rəsmi Bakı gözəl anlayır ki, Ukraynanın yaratdığı fors-major vəziyyət bütün diqqətləri rəsmi Kiyevin üzərinə çəksə də, Azərbaycanla bağlı məsələlər birdəfəlik gündəmdən çıxmayıb. Ukraynadan seçki sis-temində və ədliyyə orqanlarında islahatlar aparmağı qətiyyətlə tələb edən Avropa Birliyinin eyni tələb-ləri rəsmi Bakının qarşısında qoyacağı gün uzaqda deyil. Fikrimizcə, yaz aylarında Avropa Birliyi rəsmi Ba-kının qarşısında təxminən eyni öhdəlikləri qoyacaq. Bu öhdəliklərin 2015-ci ilə kimi, yəni Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı ölkələrinin sammitinə qədər həyata keçirilməsi tələb oluna bilər.
Vilnüs sammitində iştirak edən Qərb liderlərinin ritorikasından belə qənaətə gəlmək olur ki, Brüssel gü-zəştə getmək niyyətində deyil. Əksinə, Avropa Birliyinin təmsilçiləri 2015-ci ilə kimi Şərq Tərəfdaşlığı Proqramının icrasında ciddi uğurlar qazanmağı planlaşdırır. Bu uğurlar Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Avropaya inteqrasiya yolunu seçməsindən ibarət ola bilər. Hələlik bu addımı atmayan Azərbaycan və Ukrayna rəsmilərinin Vilnüsdə Avropa liderlərini Qərbyönümlü kursdan imtina etməyə-cəklərinə inandırmağa çalışmaları da həm rəsmi Bakının, həm də rəsmi Kiyevin Qərblə Rusiya arasında seçim etmək zamanın yaxınlaşdığını anladıqlarını göstərir.

Rusiya daha da aqrecsivləşəcək

Vilnüs sammiti Avropanın, Rusiyanın postsovet respublikalarının siyasətinə təsirinə artıq dözmək niyyə-tində olmadığını göstərir. Bu isə rəsmi Moskvanı daha da aqressivləşdirə bilər. Çünki Rusiya postsovet məkanını özü üçün həyati əhəmiyyətli zona hesab edir və bu bölgəyə yönəlik istənilən siyasəti qısqanç-lıqla qarşılayır. Həmin postsovet respublikalarından ikisinin artıq birmənalı olaraq, Avroatlantik stuktur-lara inteqrasiya yolunu seçməsi Rusiyanı bu bölgə ölkələrinin hamısına qarşı təzyiqləri artırmasına sə-bəb olacaq. Ən yaxın zamanlarda Moskvanın bu istiqamətdə siyasətinin konturları görünəcək. Tezliklə Moskva seçim etməkdə çətinlik çəkən ölkələrə təzyiqlərini artırmaqla yanaşı, onların gözünü qorxut-maq üçün Avroatlantik strukturlara inteqrasiya yolunu seçmiş respublikalara qarşı təxribatlara da əl ata bilər. Bu zaman isə Rusiyanın əsasən "ənənəvi silahından" - etnik separatizmdən istifadə edəcəyi gözlənilir. Bununla yanaşı, Rusiya Qərbyönümlü inkişaf yolu seçmiş respublikalara qarşı siyasi, diplomatik və iqtisadi təzyiq vasitələrini də işə sala bilər.
Bütün bunlar bir daha göstərir ki, Vilnüs sammiti ilə postsovet məkanındakı ölkələrin həyatında yeni, eyni zamanda çətin mərhələyə başlayıb. Seçim etməkdə çətinlik çəkən respublikalar bundan sonra iki-tərəfli təzyiq altında qalacaqlar. Əgər bu günə kimi həm Avropa Birliyi, həm Rusiya bu istiqamətdə işini gizli aparmağa çalışırdısa, Vilnüs sammitindən sonra bunlar açıq şəkil alacaq. Bu mübarizənin sonunda Rusiyanın uduzacağına isə şübhə ola bilməz. Bunun üçün neftin bir barelinin qiymətində 25-30 faizlik ucuzlaşma yetərlidir. Görünür, İranla anlaşmağa çalışan Qərbin məqsədi də Rusiyanı neft gəlirlərindən məhrum edib, proqnozlaşdırılması mümkün olan ölkəyə çevirməkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq