23-02-2014 [21:58]
"Gürcü qadınları" adlı sənədli filmə baxdım. Film Amerikada yaşayan, orda işləyən, uşaqlara və qocalara qulluq edən gürcü qadınlarından bəhs edir. Çox ağır və qəddar filmdi. Əlbəttə, başa düşənlər üçün.
Filmdə bir epizod vardı. Yaşlı qadın yataqda uzanmışdı. Ağzına nəsə aparat qoşmuşdular. Tibdən anlayışım yoxdu, amma belə başa düşdüm ki, qadının vəziyyəti yaxşı deyil. Bir ayağı o dünyadadı. Klassik dildə desək, qulağının dibindən torpaq iyi gəlir. Amma bu qadın o vəziyyətdə kitab oxuyurdu. O, bu dünya-dan getməzdən əvvəl daha çox bilmək istəyirdi. Bir səhifə də oxumaq onun üçün bir qənimətdi.
Belə səhnələr çox görmüşəm. Adamlar ölkələr gəzirlər, yeni-yeni insanlarla tanış olurlar, tarixlə, memarlıqla, sənətləəmaraqlanırlar, öyrənirlər, baxırlar, özləri də yaradırlar, qururlar, əkirlər, qoruyurlar, artırırlar, markalar, rəsmlər, imzalı kitablar yığırlar. Bizim insanlar isə 50 yaşa çatan kimi əlini-qolunu uzadır, düşünür ki, övladını böyüdüb. O uzanmalıdı və böyütdüyü övladlar onlara qulluq etməlidirlər. Başlayır onun-bunun işinə burun soxmağa. Adamların həyatını zəhərə döndərirlər. Mənəvi dünyaları yoxsuldur deyə, daha çox qeybət edirlər. Savadları yoxdur deyə, boş-boş, mənasız-mənasız danışırlar. Onlardan yaxşı nəsə öyrənmək çətin məsələdi. Zatən onlar yaxşı olsaydılar, biz belə eybəcər bir ölkədə yaşamazdıq (Bu haqda "Gəncliyə səmimi nifrət" adlı yazımda geniş yazmışam).
Bizim yaşlılar gələcək nəsilləri düşünürək bir ağac əkməzlər. Yalnız öz zəmanələrini düşünürlər. Onlar savad verə bilmirlər. Çünki içləri boşdur. Yığsın nəvələrini başına, aparsın şahmat məktəbinə, hansısa bir dərnəyə, onlara uşaq üçün bir əsər oxusun. İzah etsin. Başa salsın. Yox. Onlar öz nəvələrinə şokolad və meyvə şirəsi verib uşağa söyüşlər, tərbiyəsiz hərəkətlər etməyi öyrədirlər. Nəticə haqqında yazmağa gərək yoxdu. Nəticəni hər gün metroda, küçədə, avtobusda görürük. Hər axşam kriminal verlişlərdə bu nəticələrdən bir neçəsini göstərirlər. Başqa xalqların nümayəndələri son nəfəslərinə qədər öyrənir, öyrədir, ağac əkir, nəsə kolleksiya düzəldirlər. Bizimkilər isə qeybət edirlər. Məsləhətləri də yaltaqlıqla dolu olur. Açıq-aşkar adama deyirlər ki, yaltaq olmaq kimliyindən, hansı əxlaqın sahibi olmasından aslı ol-mayaraq özündən pulluya, vəzifəcə böyüyə yaltaqlanmaq lazımdı.
Bakı şəhərində nəvəsinin əlindən tutub məktəbə aparan, məktəbdən gətirən, gəzdirən yaşlı adama az rast gəlinir. Bu da bizim yaşlıların səviyyəsinin göstəricisidi. Bu haqda "Pul xərcləmək mədəniyyəti",- adlı yazımda geniş yazmışam. Maraqlananlar tapıb oxuya bilərlər.
Ümumiyyətlə, tənbəllik Şərq xalqlarının ən böyük problemlərindən biridir. Bu, əslində problem deyil. Tənbəllik Şərq xalqlarının bəlasıdır. Bu, bəladır. Hər gün yüz minlərlə insan çayxanalarda siqarət çəkə-çəkə, çay içə-içə, domino, nərd oynaya-oynaya vaxtlarını öldürürlər. Sivil insanlar isə vaxt azlığından əziyyət çəkirlər. Amma bizim insanlar vaxtın çoxluğundan əziyyət çəkməkdədirlər. Onlar günlərini yola vermək üçün müxtəlif əyləncələr düşünüb tapmaq məcburiyyətindədirlər. Hansısa idarəyə gedir. İki saat, üç saat dayanır qəbulda. Açıb bir məqalə, bir xəbər oxumur.
Heç kim demir çayxanada oturmayın. Oturun. Mən də çayxananı çox sevirəm. Amma gərək çayxanada da oturanda elə adamla oturasan ki, o adamdan nəsə öyrənə biləsən. Başıboş, avara adamdan nə öy-rənmək olar?
Heç kim demir oyun oynamayın. Oynayın. Özü də şahmat. Yaxşı olar ki, övladlarına da şahmat öyrədə-sən. Bu, onlar üçün bir sevincdi. Üstəlik, şahmat oyununu öyrənmək uşağı nə qədər irəli atır.
Şərq xalqları öz vaxtlarını amansızca öldürməkdədirlər. Onlar vaxtın qiymətini anlamırlar. Sonra da deyirlər ki, masonlar bizi inkişaf etməyə qoymur. Sən kitab alıb oxudun, mason imkan vermədi? Tutub kitabların vərəqlərini cırdılar? Sən öz övladınla şahmat oynadın, mason gəlib fiqurları dağıtdı? Sən ailəni başına yığıb bir teatra, muzeyə, sərgiyə apardın, mason sizi evdən bayıra çıxmağa qoymadı?
Öz tənbəlliyimizə müxtəlif bəhanələrlə başqa adlar qoymaqdayıq. Gənclər öz boş başlarıyla bütün günü sosial şəbəkələrdə ağır mövzuları müzakirə etməkdədirlər. Halbuki onlar daha çox oxumalı, xarici dil öyrənməli, öz peşələrinə dərindən yiyələnməlidirlər. Bu haqda "Oxumaq mədəniyyəti" adlı yazımda geniş yazmışam.
Biz elə bir ölkədə yaşayırıq ki, burda hər kəs özü özün xilas etməlidir. Bizim universitetlərdə verilən təhsillə ciddi adam olmaq mümkün deyil. Gərək hər kəs özü öz başına çarə tapsın. Oxusun. Öyrənsin.
İnsanı əmək yaratdı. Çox vaxt əməklə, zəhmətlə insan meymun olmaqdan uzaqlaşır. Zəhmət çəkmədikdə isə meymun olaraq qalırsan. Bu haqda "Mənim həqiqətim" adlı yazımda geniş yazmışam.
Yayda bir qohumumgilə qonaq getmişdim. Meyvələr aqacların altında çürüyürdü. Beş-altı arvad da oturub laqqırtı vururdu. Gedib maqazadan kola, fanta alırlar. Biri o meyvələrdən kampot hazırlayıb bankalara doldurmurdu. Mürəbbə bişirmirdi. Nə də olsa, yavanlıqdı. Heç nə olmayan gündə çörəyi mürəbbə-yə batırıb yemək olar. Bir az onları danladım. Doladılar məni. Baxdım ki, seriallar bu adamların başını xa-rab edib. Xanım olublar. Bəy olublar. Heç kim əlini ağdan qaraya vurmaq istəmir. Arzuları var, özlərini işə vermək istəmirlər. Bir-birinin bəhsinə bankdan kredit götürüb maşın, telefon, mebel, pərdə alıblar. Olublar bankların əsiri. Hamısı bekarçılıqdandır. İnsanın başına gələn bəlaların bir çoxunun səbəbi be-karçılıq və avaralıqdır. İşləyəndə də düz işləmirlər. Minlərlə adam ofislərdə, idarələrdə kompüterin ar-xasında oturub gözləyir ki, saat altı-yeddi olsun, çıxıb getsin çayxanaya, qəlyan çəkməyə, pizza yeməyə, boulinq, paintball oynamğa, ticarət mərkəzlərində gəzməyə. Ayın axırın gözləyir ki, maaşın alsın. Saat-larla oyun oynayır, ciddi bir şey oxumağa, savadını artırmağa ərinir. Amma elə ki, siyasət mövzusundan söhbət açılır (əlbəttə, dünya siyasəti. Ölkədə baş verənlər haqqında danışmaq sərf etmir) hərəsi olur bir ekspert. Özlərinin uydurduqları nağıllara inanırlar. Halbuki hərə öz işini bir balaca vicdanla görsə, oxusa, öyrənsə, özü özünü yetişdirsə, ölkədə çox şey dəyişər. Bu gün öyrənmək və yetişmək üçün hər bir şərait var. Sadəcə, doğru seçim etmək lazımdı. Oturub "Kurtlar vadisi" kimi düşük və səviyyəsiz bir seriala baxmaqdansa, Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, istədiyiniz mövzuda səviyyəli sənədli filmlərə, verilişlərə baxmaq olar.
Volterin "Kandid" əsərində də çıxış yolu kimi işləmək göstərilir. Volter "Kandid" əsərinin sonunda sadə dildə adamlara deyir ki, sadəcə, işləmək lazımdı.
Yeri gəlmişkən, "Kandid" həyat nədi, biz niyə bu dünyaya gəlmişik suallarına cavab axtaran hər kəsin oxumalı olduğu əsərdi.
İstanbulda saxlanılan bələdiyyə sədri haqqında qərar verildi
Yəməndə öldürülən 32 jurnalist torpağa tapşırılıb
Papua-Yeni Qvineyada zəlzələ baş verib - 6 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi niyə pərt olmalıdır, Anar Hacıyev?! - "Məni aparın ora, sual verim də Qurbanova..."
Ali Koçun rəqiblərindən bir geri çəkildi
Ruben Vardanyan Bakıda hakim qarşısında: "Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələri..."
Ziraat Türkiyə Kuboku: yeddi oyun keçirilib
FIFA klublara 355 milyon dollar ödəyəcək - Dünya çempionatına görə
ABŞ "TikTok"un ölkədəki payını aldı: "Çinlə anlaşdıq"
Jurnalistin sualı Trampı qəzəbləndirdi: "Ölkənə zərər vermə, liderinə bunu deyəcəm, sakit ol!"
Məşhur aktyor 89 yaşında vəfat edib
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi: 5 ölkənin xüsusi təyinatlıları Azərbaycanda - VİDEO
Ərdoğan basketbolçularla görüşüb
İlham Əliyev BƏƏ Prezidentini Qarabağda qarşıladı, 14 sənəd imzalandı - SİYAHI + FOTOLAR (YENİLƏNİB)
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib - FOTO
İstanbulu içməli suyla təmin edən göllər quruyur - Açıqlama
Qəzzada ölənlərin sayı 64 964 nəfərə çatıb
Deputat: "İşimin başındayam, narahat olmayın”
Sabah leysan olacaq - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Şuşada İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - FOTOLAR
Zaqatala sakini bağında döyülüb
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - FOTO
Lüksemburq Fələstin Dövlətini tanımağa hazırlaşır
İlham Əliyevlə BƏƏ lideri Yeni Şuşa məscidində - FOTOLAR
"Qalatasaray" klubu hücumçuya elə təklif verdi ki... - "Menecerini dəyiş, 5 milyon al!"
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək - Bu tarixdə
İspaniya "Eurovision"dan imtina etdi - Bu ölkəyə görə
Müğənni Elza Seyidcahan magistraturaya qəbul olub
Cəlilabadda məktəbli bıçaqlanıb
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu (FOTOLAR)
İsrail Livanı vurdu: dörd uşaq, yeddi qadın yaralanıb
Tramp: "Qətər bizim vacib tərəfdaşımızdır"
Xalq artisti dəfn olundu (Yenilənib)
İlham Əliyev və BƏƏ lideri Daşaltıda - FOTOLAR
Nəsimidə yük avtomobilindən oğurluq olub
Sabah yağış yağacaq
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib
Xətai rayonunda evlərin birindən oğurluq olub
Əlisəmid Kür reanimasiyaya yerləşdirildi