ANAMA-dan xəbərdarlıq: "Düşmən geri çəkilərkən əraziləri kortəbii şəkildə minalayıb"

img

30-11-2020 [15:31]


“Ermənistana mina basdırılan yerlərin xəritələrinin təqdim olunması üçün müraciət etməmişik”.

Bunu Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib.

Onun sözlərinə görə, Birinci və İkinci Qarabağ müharibəsində düşmən ərazini tərk edən zaman kortəbii şəkildə həmin əraziləri minalayıb:

“Biz bunları nəzərə alaraq o xəritə ilə hər şeyin təhlükəsizliyinə tam təminat verə bilmərik. Həmin xəritələrə istinad edib, “minaları təmizləmişik” deməyimiz düzgün deyil. Ona görə də bu xəritələrə tam istinad etmək olmaz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA