Polislər COVİD-19 xəstələri ilə profilaktik söhbət aparıblar

img

25-11-2020 [16:04]


COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə Xızı rayon sakinləri olan Azər Cabbarova və Reyhan Allahverdiyevaya ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi geyim formasında hər iki rayon sakininin yaşadıqları ünvana gedərək, onlarla profilaktiki söhbətlər aparıblar və müalicə müddəti ərzində yaşadıqları yerləri tərk etməmələri barədə məlumat veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA