Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxub - Vəkilindən açıqlama
25-11-2020 [11:48]
İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
Bu barədə onun vəkili Orxan Zeynalov məlumat verib.
Vəkil bildirib ki, bir neçə gün əvvəl COVID-19 virusuna yoluxmuş, vəziyyəti ağır kimi qiymətləndirilən sabiq icra başçısı hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.
Qeyd edək ki, məhkəmə ötən gün V. Hacıyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatəti təmin etməyib.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub/APA.
Qəzzada ölənlərin sayı 34 min 943-ə yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTOLAR
Prezident və birinci xanım Mamayı məscidinin açılışında - FOTOLAR
Taylandda qızmar hava: 61 nəfər ölüb
DİM aprelin 14-də keçirilən imtahanların nəticələrini elan edib
Ceyhun Bayramov Qazaxıstanda - XİN başçıları arasında 4 saatlıq görüş olub (FOTO) - YENİLƏNİB
Qırmızı bülletenlə axtarılan rusiyalı kriminal Antalyada tutulub
Türkiyədə Ali Məhkəmə sədrliyinə 36-cı dəfə seçki keçiriləcək - Namizədlərdən biri geri çəkilib
Prezident İlham Əliyev Qarabağ zonasında - Şuşanın ilk sakinləri ilə görüş + ÇIXIŞ (FOTOLAR) - Yenilənib
Bakı və Abşeronda hava şəraiti dəyişəcək
İstanbulda çörəyin qiyməti qalxıb - 31,25 faiz
Yəhudi millətçiləri BMT-yə bağlı qurumun ətrafına od vurub - Quterreşdən etiraz gecikmədi
Rusiya Ukraynanı addım-addım ələ keçirir: "Novokalinovo qəsəbəsini nəzarətə götürdük"
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Ali Koç cəzalandıırlıb
Deputat: "Növbədənkənar seçkilər olmaya da bilər" - "Partiya kimi namizəd kimi görəcəksə, o, seçkiyə gedəcək"
Sabunçu rayonunda əməliyyat: saxlanılan var
Koleclərə qeydiyyat başlayıb
Mehriban Əliyeva: "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
Afrikanın daha bir ölkəsində epidemiya yayılır - 156 nəfər ölüb
“Bu dəqiqə canımla əlləşirəm, nə parlament seçkilərinə namizədlik?" - Şeyxin qudası
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
SABİQ REKTORA AĞIR CƏZA VERİLDİ: "O, məndən yazırdı..." - Qətl işi
"Atəşgah Həyat" sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Çempionlar Liqasının finalı: "Borussiya Dortmund" 20, yoxsa 25 milyon avronu seçəcək?
Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Azərbaycan nefti cüzi bahalaşıb
YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı
ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)
Dövlət qulluğuna imtahan keçiriləcək - Açıqlama
Belçikada telekanal "Eurovision"un yayımını kəsdi, İsraili qınadı: "Bu, bir həmrəylik aksiyasıdır"
Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR
Prezident İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Rezidenturaya qəbulun ikinci cəhdinə qeydiyyat başlayıb
Türkiyədə 7 polis saxlanılıb - “Qarson”un ifadəsi əsasında
YAP funksioneri: "Ermənistan ikili oyun oynamaqla həm Rusiya, həm də Qərbə xəyanət edir"
Saatlı Rayon Polis Şöbəsində daha bir dəyişiklik olub