Azərbaycan Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib

img

30-10-2020 [15:07]


“Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib”.

Bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib.

E. Əmirbəyov deyib ki, güclü sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib: “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi - həyat hüququnun pozulması ilə bağlı Azərbaycan tərəfi dolğun məlumatlar təqdim edib. Ümid edirik ki, yaxın zamanlarda Azərbaycanın müraciəti cavablandırılacaq”/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA