"Zirə” Riçard Almeyda ilə anlaşdı

img

26-10-2020 [16:50]


Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Mia.az kluba istinadən xəbər verir ki, "qartallar" Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb.

31 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın formasını geyinib. O, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA