Xristian dini icma rəhbərlərindən ABŞ konqresinə təqdim olunan layihəyə etiraz edildi - Təfərrüat + SİYAHI
SİYASƏT
20.10.2020, 13:47
Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunmuş reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və “Xristianların müdafiəsi” təşkilatına - “In Defense of Christians” ) etiraz müraciəti ünvanlayıblar.
Mia.az xəbər verir ki, müraciətdə konfessiya rəhbərləri Xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadət və tələbatlarını heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə maneəsiz yaşadıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.
Müraciətdə əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının - xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla - qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb. Qeyd edilib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna əməl etmir, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.
İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin – Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış balistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 nəfər mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər. İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.
Eyni zamanda işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda 30 mindən çox erməni millətinin nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar.
Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri - Arxiyepiskop Aleksandr İşein;
Alban-Udi Xristian dini icmasının sədri - Robert Mobili;
Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri - Rasim Xəlilov;
“Yeni Həyat” Xristian dini icmasının sədri - Lyudmila İbrahimova;
Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri - Vera Nesterova;
Bakı şəhəri “Alov” xristian dini icmasının sədri - İdris Məmmədov;
Bakı şəhəri “Şərqdə Ulduz” Xristian dini icmasının sədri - Roman Jmurov;
Bakı şəhəri Nəsimi rayonu “Həyatverici Lütf” xristian dini icmasının sədri - Elşən Hüseynzadə.
Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri - Samir Sadıqov;
“Vineyard Azərbaycan” xristian dini icmasının sədri - Emil Pənahov;
Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icmasının sədri - Elşən Cabbarov;
“Bakı şəhəri Yeni Apostol” xristian dini icmasının sədri - Svetlana Albertovna Stepanova;
“Həyat Sözü” Xristian dini icmasının sədri - Yusif Fərhadov;
“Həyat Sözü - 2” Sumqayıt xristian dini icmasının sədri - Elçin Paşayev;
Sumqayıt şəhəri, “Molokan ruhani-xristian” dini icmasının sədri - Matryona Ponomaryova;
“Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icmasının sədri - Yusif Şərifov;
Qobustan r-nu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri - Tsapliva Yekaterina Nikolayevna;
Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Kasiaşvili İaqo Qriqoryeviç;
Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Timuri Barixaşvili;
İsmayıllı rayonu İvanovka kəndi “Molokan-ruhani-xristian” dini icmasının sədri - Sergey Vasilyeviç Kazakov.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YAP QURULTAYA GEDİR: kimlər yola salınacaq? - FOTOLAR
Bugün, 09:08 GÜNDƏM
-
Putin "Valday"da: "Marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir"
Bugün, 09:08 SİYASƏT
-
"İranı məhv etməklə dünyaya sülh gətirdik" - "Bir il əvvəl təsdiqləyəcəyim sazişi indi təsdiqləmərəm"
Bugün, 09:00 GÜNDƏM
-
MHP lideri 2.2 milyardlıq qalmaqal münasibətdən yayındı: "Buna şərh vermirəm"
Bugün, 00:05 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Sumqayıtda 31 yaşlı qadın öldürülüb
01.10.2026, 23:53 KRİMİNAL
-
Ərdoğanı parlamentdə "boykot" edən Yeni Partiya lideri rəsmi qəbula da qatılmadı
01.10.2026, 23:53 SİYASƏT
-
TÜRKİYƏDƏ İKİ MƏŞHUR HAKİM QANDALANDI
01.10.2026, 22:56 GÜNDƏM
-
"Bu, Parlament və Türkiyə Prezidenti vəzifəsinə hörmətsizlikdir"
01.10.2026, 22:43 DÜNYA
-
15 gün əvvəl mətbuat katibi təyin olunan Axundov vəzifədən ayrıldı
01.10.2026, 22:14 PRESS
-
Millətlər Liqası: Azərbaycan yığması bir xal qazandı (YENİLƏNİR)
01.10.2026, 21:53 İDMAN
-
Azərbaycanla Avropa İttifaqı arasında yeni danışıqlar başlayıb - FOTOLAR
01.10.2026, 21:45 GÜNDƏM
-
Daha bir məşhur hücumçu milli komanda ilə vidalaşır
01.10.2026, 21:21 İDMAN
-
NATO Baş Katibi: "Rusiya və Çin müdafiə sənayesində sürətlə irəliləyir..." - "Əlbəttə, Putin bizi qorxutmur"
01.10.2026, 21:15 GÜNDƏM
-
AZƏRBAYCAN ƏSGƏRİ ERMƏNİSTANDA SAXLANILDI - Rəsmi açıqlama yayıldı
01.10.2026, 19:10 GÜNDƏM
-
Tramp: "Eşitdiyim hekayə budur, doğru olub-olmadığını bilmirəm"
01.10.2026, 18:41 DÜNYA
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
01.10.2026, 18:08 GÜNDƏM
-
NAXÇIVANDA DEPUTAT MANDATDAN MƏHRUM EDİLDİ - Nə baş verir?
01.10.2026, 17:45 GÜNDƏM
-
Hikmət Hacıyev: "Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və..."
01.10.2026, 17:34 SİYASƏT
-
Rusiya ilə Macarıstan arasında böhran - Moskva diplomatlara iki həftə vaxt verdi
01.10.2026, 17:15 DÜNYA
-
Gəncədə 5 şagird zəhərlənib (Açıqlama)
01.10.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
01.10.2026, 17:00 İQTİSADİYYAT
-
Media və Yayım Şurasının rəhbəri sədri RTÜK sədri ilə müzakirə aparıb - Açıqlama
01.10.2026, 16:56 PRESS
-
"Bank of Baku"nun vaxtı keçmiş kreditləri 30%-ə yaxın artıb - HESABAT
01.10.2026, 16:56 İQTİSADİYYAT
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər açılacaq - Tarix və qiymətlər açıqlandı
01.10.2026, 16:28 GÜNDƏM
-
Bakıda sabahdan güclü yağış yağacaq - Xəbərdarlıq
01.10.2026, 16:12 GÜNDƏM
-
Türkiyə parlamentində gərginlik - Ərdoğan gəldi, Kılıçdaroğlu ayağa qalxmadı, 91 deputat isə zalı tərk elədi (FOTO)
01.10.2026, 16:04 GÜNDƏM
-
TFF Montellanı niyə qova bilmir? - Müqavilədəki 5 milyon avro bəndi...
01.10.2026, 15:49 İDMAN
-
SABİQ NAZİR MÜAVİNİ DİREKTORU MƏHKƏMƏYƏ VERDİ - Həbsini tələb edir
01.10.2026, 15:46 GÜNDƏM
-
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
01.10.2026, 15:18 KRİMİNAL
-
Zakir Həsənov: "Burada əsas məqsəd dayanıqlı sülhə və təhlükəsizliyə töhfə verməkdir"
01.10.2026, 15:18 SİYASƏT
-
Zaqatalada zəlzələ olub
01.10.2026, 15:01 GÜNDƏM
-
Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub
01.10.2026, 15:00 CƏMİYYƏT
-
Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli.. - Polisdən onlayn qumar oynayanlara qarşı əməliyyat
01.10.2026, 14:54 KRİMİNAL