Şahin Mustafayev İranda - Münasibətlərdə yeni mərhələ, yoxsa...(TƏHLİL)
SİYASƏT
30.09.2026, 16:53
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər edib. Səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirilib.
Misal üçün səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb. Hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Ümumiyyətlə, İran ilə Azərbaycan arasında çoxşaxəli münasibətlər var. Xüsusən iqtisadi münasibətlər inkişaf edir. Lakin siyasi münasibətlərdə vaxtaşırı gərginlik, soyuqluq, son zamanlar isə müəyyən mənada yaxınlaşma diqqət çəkir. Rəsmi Bakı Tehranla mehriban qonşuluq və əməkdaşlıqda maraqlı olsa da, İrandakı bəzi qüvvələrin Azərbaycanı düşmən görməsi iki ölkə arasında sabit və etimada əsaslanan siyasi münasibətlərin inkişafına imkan vermir.
İrandakı bəlli dairələr Azərbaycanı özü üçün təhlükə və təhdid hesab edir. Halbuki Azərbaycan nə bu günə qədər İrana qarşı bir siyasi kampaniyada yer alıb, nə də Qərbin iqtisadi sanksiyalarına qoşulub. Hətta ABŞ-la İsrailin İrana hücumları və sonrasında baş verən gərginlikdə belə Bakı tərəfləri sülhə çağırıb, İrana qarşı istənilən hücumu pisləmişdi.
Münasibətlərdə yeni mərhələ
Tehran-Bakı xəttində münasibətlərin inkişafına və gərginliyin azalmasına təsir edəcək əsas faktor isə, şübhəsiz, Prezident Məsud Pezeşkiandir. Onun Prezident İlham Əliyevlə dostluğu və mehriban münasibəti, Azərbaycan ilə əlaqələrin inkişafına verdiyi önəm təqdirəlayiqdir. Təsadüfi deyil ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Hesab edirəm ki, baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri də, hər şeydən öncə, münasibətlərin bəlli bir nizama salınması, açıq qalan sualların cavablandırılması və ən önəmlisi, kənar təsirlər hesabına pozulmağa mübit olan İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə hesablanıb. Onu da deyim ki, Ş.Mustafayevin son zamanlar xarici ölkələrə səfərlərində bu xətti tez-tez görmək mümkündür.
Mənə görə, səfərin bir digər məqsədi İranın ali rəhbəri Əli Xameneinin ölümündən sonra ölkədə yaranan yeni vəziyyəti yerində görüb, münasibətlərdə ona uyğun atılacaq addımları müəyyən etməkdir. Çünki faktiki olaraq yeni ali rəhbər Müctəba Xamenei ictimaiyyətə görünmür, İrandakı bir çox mühüm şəxs müharibədə həyatını itirib. Yəni, bir sözlə, İranda yeni bir komanda var və bu komanda ilə təmaslar qurmaq, iki ölkə münasibətlərinin inkişafında nələr edilə biləcəyini yerində görmək önəmlidir.
Subyektiv yanaşmam belədir ki, Azərbaycanın İrana qarşı siyasəti dəyişməyəcək. Yəni Bakı əvvəlki balans siyasətini qoruyacaq, İranla münasibətlərin inkişafına diqqət yetirəcək. Lakin bununla belə, Tehrandan ehtimal olunan təxribatlara və sərt ritorik üsluba veriləcək cavablarda dəyişiklik olmayacaq. Xüsusilə, hər vəchlə özünün təsir qruplarını oyatmağa və yenidən bərpa etmə cəhdlərinə Bakı səssiz qalmayacaq.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şair Ayaz Vəfalı vəfat edib
Bugün, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
Bugün, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
Bugün, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
Bugün, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
10.10.2026, 16:07 GÜNDƏM
-
Çeçenistanın başçısı Bakıda İlham Əliyevin qəbulunda: "Bu, bizim ortaq kədərimizdir" - "Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək" (FOTOLAR)
10.10.2026, 15:45 GÜNDƏM
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
10.10.2026, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
10.10.2026, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
10.10.2026, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
10.10.2026, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
10.10.2026, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
10.10.2026, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
10.10.2026, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
10.10.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
10.10.2026, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
10.10.2026, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10.10.2026, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL