Ramiz Mehdiyev növbəti məhkəmə iclasına gələcək? - Hüquqşünasdan açıqlamlar
SİYASƏT
01.10.2026, 14:20
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsinin səbəbi səhhətində yaranan problemlərlə əlaqələndirilib. Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda cinayət işi məhkəmə baxışına verilib. Növbəti məhkəmə iclası oktyabrın 5-ə təyin olunub.
Belə məlumatlar var ki, Ramiz Mehdiyev növbəti məhkəmə iclasında da iştirak etməyə bilər.
Mia.az xəbər verir ki, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı Modern.az-a açıqlama verib.
O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs məhkəmə baxışının bütün iclaslarında iştirak etməlidir. Onun iştirakı olmadan işə baxılmasına yalnız iki müstəsna halda yol verilir: “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda və məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda işə onun iştirakı olmadan baxıla bilər. Digər istisna isə böyük ictimai təhlükə törətməyən cinayət işlərinə aiddir. Belə işlərdə təqsirləndirilən şəxs öz iştirakı olmadan məhkəmə baxışının keçirilməsi barədə vəsatət verə bilər. Bununla belə, onun iştirak etməməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olmamalıdır”.
Əliməmməd Nuriyev qeyd edib ki, Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin hüquqi nəticələri də konkret səbəblər qiymətləndirildikdən sonra müəyyənləşdiriləcək:
“Sağlamlıq vəziyyəti ilə bağlı əsaslı maneə kimi üzrlü səbəb varsa, məhkəmə bunu qiymətləndirərək iclası təxirə sala bilər. Üzrlü səbəb olmadan gəlmədikdə isə onun məcburi gətirilməsi barədə qərar qəbul oluna bilər. Həmçinin qanunda nəzərdə tutulan əsaslar olduqda barəsində qətimkan tədbiri seçilə və ya mövcud qətimkan tədbiri daha ağır tədbirlə əvəz edilə bilər”.
Hüquqşünas vurğulayıb ki, iclasa gəlməmək avtomatik olaraq işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılması və ya qətimkan tədbirinin dərhal ağırlaşdırılması demək deyil: “Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Şair Ayaz Vəfalı vəfat edib
Bugün, 11:32 PRESS
-
Gəncədə müğənni əməliyyatdan sonra ölüb
Bugün, 11:27 CƏMİYYƏT
-
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı
Bugün, 11:08 KRİMİNAL
-
Husilər Ər-Riyadda Hava Limanını vurdu: 12 nəfər ölüb, 300-dən çox yaralı var
Bugün, 09:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:13 CƏMİYYƏT
-
TRAMP "ZELENSKİ GETMƏLİDİR" DEDİ, RƏSMİ KİYEVDƏN OPERATİV CAVAB VERİLDİ: "O, Ukrayna xalqının dəstəyinə malikdir, müstəqillik, azadlıq və ləyaqət uğrunda..."
10.10.2026, 23:03 GÜNDƏM
-
Ramzan Kadırov Azərbaycana niyə gəlib? - TƏHLİL
10.10.2026, 18:10 GÜNDƏM
-
Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə naharda - FOTOLAR
10.10.2026, 16:37 GÜNDƏM
-
Prezident İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də - FOTOLAR
10.10.2026, 16:07 GÜNDƏM
-
Çeçenistanın başçısı Bakıda İlham Əliyevin qəbulunda: "Bu, bizim ortaq kədərimizdir" - "Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək" (FOTOLAR)
10.10.2026, 15:45 GÜNDƏM
-
Pakistanın Baş naziri İlham Əliyevə zəng edib - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
10.10.2026, 14:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
10.10.2026, 12:31 CƏMİYYƏT
-
"Biz bu sülh gündəliyini dəstəkləyir və..." - Milli Məclisin deputatları və QHT rəhbərləri ABŞ senatorlarına cavab məktubu göndərdi
10.10.2026, 11:28 SİYASƏT
-
Prezident onlara yeni vəzifə verdi - Sərəncam
10.10.2026, 11:01 GÜNDƏM
-
MƏHKƏMƏLƏRƏ HAKİMLƏR TƏYİN OLUNDU - Prezident sərəncam imzaladı + SİYAHI
10.10.2026, 10:55 GÜNDƏM
-
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağıb
10.10.2026, 10:45 GÜNDƏM
-
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
10.10.2026, 09:45 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ANLAŞDI: ABŞ və dünyaya Rusiya neftinin sürətli axını başlayır - Sanksiya ləğv olundu
10.10.2026, 09:17 GÜNDƏM
-
Azərbaycan nefti 130 dollara satılır
10.10.2026, 09:03 İQTİSADİYYAT
-
Türkiyə yığmasının baş məşqçisi istefaya göndərildi
10.10.2026, 00:40 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10.10.2026, 00:08 CƏMİYYƏT
-
ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu ortadan qaldıracağıq"
09.10.2026, 23:29 DÜNYA
-
Mətbuat katibi partiya sədrini hədələdi: "Həddindən artıq irəli getdin..."
09.10.2026, 23:21 DÜNYA
-
Prezident İlham Əliyevin Xəzərlə bağlı həyəcanlı mesajı... - TƏHLİL
09.10.2026, 23:17 SİYASƏT
-
Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?"
09.10.2026, 23:12 GÜNDƏM
-
Neftçi" - "Sabah" oyununda ara qarışdı - VİDEO
09.10.2026, 23:01 İDMAN
-
İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində..."
09.10.2026, 20:26 SİYASƏT
-
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb
09.10.2026, 20:02 GÜNDƏM
-
Çempionlar Lqası: Rafinya "Qalatasaray" matçını buraxacaq
09.10.2026, 18:30 İDMAN
-
Ukrayna 1900 km-dəki daha bir neft zavodunu vurub - Rusiyada
09.10.2026, 18:03 GÜNDƏM
-
Türkiyə Kuboku: 3-cü seçmə mərhələsinin püşkü atıldı
09.10.2026, 17:59 İDMAN
-
"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
09.10.2026, 17:52 İDMAN
-
Müdafiə Sənayesi Nazirliyində qeyri-adi təyinat oldu - “ŞaurmaN1”dən birbaşa baş mühasib vəzifəsinə...
09.10.2026, 17:46 CƏMİYYƏT
-
Samuxda qonşu qonşusunu bıçaqladı
09.10.2026, 17:31 KRİMİNAL