Ermənistanda daha 308 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 937-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 723-ə çatıb. İndiyədək 27 824 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 165 aktiv koronavirus xəstəsi var/Report.