Perunun müvəqqəti prezidenti vəzifədən kənarlaşdırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə parlamenti qərar qəbul edib.

Səsvermə ilə qəbul olunan qərara əsasən keçmiş Prezident Dina Boluarteni əvəz edən müvəqqəti Prezident Xose Jerini vəzifəsindən uzaqlaşdırılıb: "Limada parlament iclasında keçirilən səsvermədə sağçı siyasətçi Jeri 75 səs lehinə, 24 səs əleyhinə və 3 səs bitərəf qalaraq vəzifəsindən uzaqlaşdırılıb".

Peru mediası yazır ki, onun vəzifədən uzaqlaşdırılmasının səbəb dövlətlə iş görən Çinli iş adamları ilə yarı-gizli görüşləri və bəzi dövlət məmurlarının işə götürülməsində qanunsuzluqlarla bağlı iddialar olub.

Tahir Şəlvəli

MİA.AZ