"Donald Tramp administrasiyası Ceffri Epşteynlə bağlı sənədləri ört-basdır etməyə çalışır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton BBC-yə müsahibəsində deyib.
O, Tramp administrasiyasını sənədləri ört-basdır etməməyə, əksinə, açılmasına imkan yaratmağa çağırıb: "Hesab edirəm ki, bütün sənədlər açılmalı, hər kəsin rahat ifadə verməsinə şərait yaratmaq lazımdır. Keçmiş sevgilisi və əlbir olduğu Ghislaine Maksvellin anışması mütlıəqdir..." i
Epşteynlə əvvəllər heç vaxt görüşmədiyini və onunla heç bir əlaqəsi olmadığını iddia edən Klinton bildirib ki, o, martın əvvəlində Epşteyn işi üzrə ifadə verməyə gedəcək: "Mən və həyat yoldaşım keçmiş prezidenti Bill Klinton Konqresə ifadəyə gedəcəyik. Lakin prosesin ictimaiyyətə açıq olmasını istəyirik. Qoy hər kəs hər şeyi aydın görsün..."
Samir Musayev
MİA.AZ