İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə apaırılan danışıqlarla bağlı açıqılama verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, prosesin birbaşa ölkənin Ali dini liderin Əli Xameneinin nəzarətiylə aparıldığını deyib.
O, bu sözləri ölkənin dini liderləri ilə görüşdə söyləyib: "Danışıqlar Ali Liderin nəzarəti ilə aparılır. Məqsədimiz danışmaq xatirinə danışmaq deyil, məsələləri, problemləri həll etmək, yoluna qoymaqdır. Biz nəticəyə gəlməkdə ciddiyik və ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq".
Xatırladaq ki, bu gün Cenevrdə aparılan danışıqlarda İranla ABŞ arasında təməl prionsiplərdə anlaşma əldə olunub.
Tahir Şəlvəli
MİA.AZ