Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu ölkənin yeni təyn olunan Ədliyyə naziri ilə bağlı Ərdoğanın lideri olduğu AK Partiyaya qəzəblənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, partiyanın toplantısında söz açıb.

Sabiq Baş nazir yeni Ədliyyə nazirinin andiçmə mərasimindən çıxarkən AK Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Bahadır Yenişehirlioğlunun əlini onun çiyninə qoyaraq maşına qədər belə yol almasını utannc sayıb: "Ədliyyə naziri çox mübahisəli, andiçmə mərasimindən çıxıb gedərkən təkəbbürlü bir fraksiya sədrinin müavini əlini ədliyyə nazirinin çiyninə qoydu. O, bununla cəmiyyətə və ona belə bir mesaj verdi: "Sən ədliyyə nazirisən, amma mənim əlim sənin çiynindədir". Mən isə ona və AK Partiyaya deyirəm: əlini ədalətdən çək, çək və çək! Və Ədliyyə nazirinə deyirəm: bəlkə də həyəcan içində olubsan. Lakin geri dönüb "Əlini çək, dostum!" deməli idin. Heç kim Türkiyə Respublikasının Ədliyyə Nazirinə belə davrana bilməz! Ədliyyə Naziri başqa bir partiyadan, hakim partiyadan ola bilər, amma mən ona deyirəm: Kim sənin çiyninə əl qoymaq istəyirsə, o əli at! Biz o zaman buradayıq, səninləyik. Dik dur. Heç kimin ədalətə əl qoymasına imkan vermə."

Firudin Səfərli

MİA.AZ