İran ABŞ-la həm müharibə təhlükəsi, həm də danışıqların getdiyi bir ərəfədə daha bir gözlənilməz addım atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Telekanal İnqilab Keşikçiləri Korpusuna (SEPAH) istinadla xəbər verir ki, Hörmüz boğazında və Fars körfəzində böyük hərbi təlimə start verilir.

Bildirilib ki, təlim çərçivəsində təhlükəsizliklə əlaqədar Hörmüz boğazının bir hissəsi bir neçə saatlıq bağlanacaq: "Təlimlərin məqsədi dənizdən gələn potensial təhdidlərə sürətli, qətiyyətli və hərtərəfli cavab vermək qabiliyyətini sınaqdan çıxarmaqdır..."

Tahir Şəlvəli

MİA.AZ