"Rusiya və Çinin nüvə sınaqları keçirdiyi iddiaları doğru deyil. Nə Rusiya, nə də Çin nüvə sınaqları keçirməyib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
Peskov daha sonra Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqlarla üçtərəfli danışıqlara toxunuub: "Müzakirə olunan məsələlər barədə danışıqların nəticələri barədə danışmaq hələ tezdir. Bu barədə Putinə birbaşa məlumat verilir. Hazırda gedişatı dəyərləndirmə aparmaq hələ tezdir".
Peskov dünyanın bir çox ölkəsi kimi, Rusiyanın da Kubanın blokadasına qarşı olduğunu deyib: "Biz Kuba ilə münasibətlərimizi daha da inkişaf etdirmək istəyib".
Tahir Şəlvəli
MİA.AZ