ABŞ Çinin Çendu şəhərindəki Baş Konsulluğunun binasını bağlayıb.
Məlumatı “CNN Türk” yayıb.
Bildirilib ki, rəsmi Pekin iyulun 24-də məsələ ilə bağlı ABŞ-a 72 saat möhlət vermişdi. İyulun 27-də səhər saatlarında bu müddət başa çatıb. 35 ildən sonra ABŞ-ın dövlət bayrağı Çendu şəhərindəki Baş Konsulluğun binası üzərindən endirilib.
Bir müddət əvvəl ABŞ Çindən Hyustondakı Baş Konsulluğunu bağlamağı tələb etmişdi.