Türkiyənin Mersin əyalətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

Mia.az “CNNTurk”ə istinadən bildirir ki, hərbçiləri Şimali Kipr Türk Respublikasına aparan avtobusun hansı səbəblə aşdığı bilinmir.

Qəza nəticəsində 5 hərbçi şəhid olub, 10 əsgər isə ağır xəsarət alıb.

Hadisədən sonra Mut-Karaman avtomobil yolu bağlanıb. Qəzanın səbəbləri araşdırılır.