Nigeriyanın xarici işlər naziri koronavirusa yoluxub.
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə nazir Cefri Oneyamanın özü məlumat verib.
O bildirib ki, əvvəlcə boğazında ağrı başlayıb: "Bundan sonra koronavirusla bağlı testdən keçdim və nəticə pozitiv çıxdı".
Nazir bildirib ki, hazırda karantinə alınıb.