Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Azərbaycana dəstək mesajı verib.
Mia.az xəbər verir ki, o, bu barədə "Twitter"dəki səhifəsində aşağıdakı paylaşımı edib:
"Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı narahatlıqla izləyirik. Həyatını itirən Azərbaycan hərbçilərini rəhmətlə anır, Azərbaycan xalqına başsağlığı diləyirəm. Bölgəmizdəki problemləri həll etmək üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha təkrarlayıram".