"Türkiyənin Avropa təhlükəsizliyindəki rolunun həyati əhəmiyyətə malikdir. Bu gün müttəfiq Türkiyə NATO-nun müdafiə planlarında mühim rol oynayır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistoriusus NATO-nun Baltik dənizində keçirilən "Steadfast Dart 2026" adlı davam edənn hərbi təlimi ilə açıqlamasında deyib.

Nazir bildirib ki,  təlimdə iştirak edən türk müttəfiqləri bütövlükdə NATO0ya böyük güc verir: "Türkiyə həmişə NATO-nün nəhəng güc sahibi olmasında mərkəz rolu oynayır. Bu gün Türkiyə cənub-şərq cinahında çox vacib bir tərəfdaşıdır"

Pistorius Türkiyəyə təxminən 2000 hərbi qulluqçu, Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatları və TCG Anadolu, TGC İstanbul, TGC Derya və TGC Oruçreis freqatları ilə təlimdə iştirak etdiyinə görə təşəkkür edib.

Almaniya müdafiə naziri daha sonra desant təlimində iştirak edən Türkiyənin Zirehli Amfibiya Hücum Maşınlarını (ZAHA) maraqla izləyib. O, öz mobil telefonu ilə ZAHA-ların şəkillərini çəkib.

Samir Musayev

MİA.AZ