Gürcüstanda koronavirusa yoluxanların sayı 1 nəfər artaraq 1 004-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19 diaqnozlu şəxslərin 873-ü sağalıb, 15-i isə dünyasını dəyişib.

Hazırda Gürcüstan üzrə karantində 5 640, tibbi nəzarətdə isə 244 nəfər saxlanılır. Xaricdən gətirilən 31 Gürcüstan vətəndaşı da vətəndə müalicə olunur/Report.