Bu gün UEFA Avropa Liqasının cavab matçında səfərdə "Nottinqem Forest"in qonağı olan "Fənərbağça" oyundan qalib ayrılıb.
Mia.az xəbər verir ki, İstanbul komandası 2-1 hesabı ilə qalib gəlsə də, 1/8-ə ingilislər yüksəlib.
Buna səbəb ingilislərin ilk oyunda İstanbulda "Fənərbağça"ya 3 cavabsız qolla qalib gəlmələri olub.
Beləliklə, ümumi hesabda 2-4 hesabı ilə uduzan "Fənərbağça" turnirlə vidalaşıb.
Yeri gəlmişkən, matçda "Fənərbağça"nın qollarını 22-ci və 47-ci dəqiqələrdə Kerem Aktürkoğlu vurub. İngilislər bu qolun birinə 69-cu dəqiqədə Hudson-Odoinun qolu ilə cavab verib.
Fərid ASLAN
MİA.AZ