Çempionlar Liqasının 1/8 final mərhələsinin pley-off mərhələsində əlavə vaxtda Yuventusa 3-2 hesabı ilə uduzmasına baxmayaraq, ilk oyunda 5-2 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksələn "Qalatasaray"ın baş məşqçisi Okan Buruk matçdan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, alnan nəticə ilə razılaşmayan baş məşqçinin sözlərinə görə, bundan dərs götürəcəklər: "Bu matç bizim üçün bir dərs oldu. İlk oyunu izləsəniz, "Bu komanda finala çıxacaq" deyəcəksiniz, amma bu oyunu izləsəniz "Onlar bacarmayacaqlar" deyəcəksiniz. Biz bu məğlubiyyətdən dərs çıxaracağıq".

Okan Buruk daha sonra deyib: "1/8 finala yüksəldiyimiz üçün xoşbəxtik. Rəqib qırmızı vərəqə aldıqdan sonra göstərdiyimiz performansdan məmnun deyilik. Əlavə vaxtda vurduğumuz qollarla 1/8 finala yüksəldik. Bu, Türkiyə futbolu üçün çox dəyərlidir. Bu gün "Yuventus" bizdən daha yaxşı idi. Qalib gəlməyə layiq idilər. Onları təbrik edirəm."

Fərid ASLAN

mia.az