"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen ötən gecə "Yuventus"u ümumi hesabda məğlub edərək 1/8 finala yüksəlmələrindən sonra jurnalistlərə qısa açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, turu keçmələrinə layiq olduqlarını deyib.

Hücumçu bildirib ki, cavab görüşündə geriyə düşmələrinə baxmayaraq, sonda istədikləri nəticəni aldıqlarını bildirib: 

"On nəfərə qarşı belə zəif mübarizə xoş olmasa da, istədiyimiz nəticəni qazandıq. Üzərində işləməli olduğumuz boşluqlar var. "Yuventus" matçı qazanmağa layiq ola bilərdi, amma biz bu turu adlamağa daha haqq edirik.  "Qalatasaray" azarkeşləri bu sevincə tam layiqdir. Geridə qaldığımız zaman belə, onlar bizi dəstəklədilər".

Fərid ASLAN

mia.az