"Qalatasaray"ın nigeriyalı futbolçusu Viktor Osimhen Çempionlar Liqasının son turunda "Yuventus"la oyundakı performansı ilə diqqət mərkəzinə düşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Çempionlar Liqasında "Həftənin Oyunçusu" mükafatına namizəd göstərilib.

O, UEFA-nın saytında keçirilən səsvermədə önə çıxıb. 

Məlumata görə, Osimhendən əlavə, "Real Madrid"in fransız oyunçusu Aurelien Tchouameni, "Bodo/Glimt"in norveçli oyunçusu Jens Petter Hauge və "Atletiko Madrid"in norveçli oyunçusu Alexander Sörloth da namizədlər arasındadır.

Xatırladaq ki, ilk oyunda evdə 5-2 hesabı ilə qalib gələn "Qalatasaray" əlavə vaxtda 3-2 hesabı ilə məğlub olsa da, İtaliyadakı cavab oyununda Osimhenin vurduğu bir qol sayəsində 1/8 finala yüksəlib.

Fərid ASLAN

MİA.AZ