Karyerasını Səudiyyə Ərəbistanının "Al Nassr" komandasında davam etdirən portuqaliyalı futbolçu Kriştiano Ronaldo İspaniyada biznes imkanlarını genişləndirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu dəfə İspaniyanın "Almeriya" klubunun 25% səhmini alıb.

Yeni biznesi haqda açıqlama verən Ronaldo deyib ki, bu, onun çoxdankı arzusu olub: "Meydançadan kənarda da futbola töhfə vermək mənim çoxdankı arzum idi. "Almeriya" güclü təməllərə və böyümə potensialına malik bir İspaniya klubudur. urada pay sahibi olmaq qürurvericidir".

6 ilə yaxındır ərəblərin sahibləndiyi "Almeriya"nın prezidenti Məhəmməd Əl-Xereyci isə Ronaldonun bu addımını yüksək dəyərləndirib: "Kriştianonun kluba investisiya qoymasından çox məmnunuq. O, İspaniya liqalarını çox yaxşı tanıyır. Əminəm ki, o, bizə - kluba böyük tövhə verəcək".

Xatırladaq ki, karyerası boyu "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da oynamış 41 yaşlı Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də top qovur.

Fərid ASLAN

MİA.AZ