UEFA Konfrans Liqasının 1/8 finalının pley-off mərhələsinin revanşında bu gün Türkiyənin "Samsunspor" komandası Şimali Makedoniyanın "Şkendiya" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, ilk oyunda 1-0 qalib gələn "Samsunspor" bu dəfə 4-0 hesabı ilə rəqibini məğlub edib.

Bununla da "Samsunspor"  klubu 1/8 finala vəsiqəni təmin edib.

Komanda 1/8 finalda ya "Şaxtyor Donetsk", ya da "Rayo Valyekano" ilə qarşılaşacaq.

Fərid ASLAN

MİA.AZ