Çempionlar Liqasının 1/8 finalının pley-off mərhələsinin cavab oyunları ötən gecə başa çatıb.
Mia.az xəbər verir ki, "Qarabağ"ın turla vidalaşdığı mərhələdə "Qalatasaray" "uventus" ilk oyunda 5-2 hesabı ilə qalib gəldiyi matçın revanşında 3-2 hesabı ilə uduzub. Lkain iki oyunun nəticəsinə əsasən İstanbul klubu növbəti mərhələyə yüksəlib.
Yarışda növbəti mərhələyə keçən sürpriz komanda isə "Bodo/Glimt" hesab olunur. Bu komanda "İnter" kimi köklü komandanı sıradan çıxarıb.
Beləlklə, son iki gündə eçirlən oyunlar və mərhələ adlayan komandalarla tanış olun:
24 fevral:
Atletiko Madrid (İspaniya) - Brügge (Belçika): 4-1 (3-3)
Bayer Leverkuzen (Almaniya) - Olimpiakos (Yunanıstan): 0-0 (2-0)
İnter (İtaliya) - Bodo/Qlimt (Norveç): 1-2 (1-3)
Nyukasl Yunayted (İngiltərə) - Qarabağ (Azərbaycan): 3-2 (6-1)
25 fevral:
Atalanta (İtaliya) - Borussiya Dortmund (Almaniya): 4-1 (0-2)
Yuventus (İtaliya) - Qalatasaray 3-2 (2-5)
Paris Sen-Jermen (Fransa) - Monako (Fransa): 2-2 (3-2)
Real Madrid (İspaniya) - Benfika (Portuqaliya): 2-1 (1-0)
Xatırladaq ki, növbəti mərhələnin rəqibini müəyyən edəcək püşkatma 27 fevralda saat 15:00-da keçiriləcək.
Fərid ASLAN
mia.az