"Azarkeşlərimizdən üzr istəyirik''.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Superliqanın 32-ci turunda "Bellona Kayserispor"la doğma meydanında 3:3 hesablı heç-heçə edən "Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalı oyundan sonra deyib.
O, komanda və azarkeşlər üçün çox kədərli bir gün olduğunu bildirib: "Burada itirilən 2 xal son dərəcə ağır oldu. Bütün məsuliyyəti özüm və rəhbərliyimiz adında üzərimizə götürürəm. Əgər günahkar biri varsa, biz də bu işin içindəyik. Texniki heyət və rəhbərlik olaraq bir ailəyik və bütün azarkeşlərimizdən bu itkiyə görə çox üzr istəyirəm. Düşünürəm ki, yaxşı heyət qurduq, çox çalışdıq. Yaxşı oyunçular gətirdik. İstər komandamız olsun, istərsə də texniki direktorumuz olsun. Əlimizdən gələni etdik. Amma sonda bu, futboldur. Azarkeşlərimiz, texniki heyətimiz və oyunçularımızla mübarizəmizi davam etdirəcəyik".
Fərid ASLAN
MİA.AZ