İstanbuldakı Beşiktaş Parkında oynanılacaq 2026-cı il UEFA Avropa Liqası finalının bilet satışlarına başlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA-nın açıqlamasına görə, 20 may Çərşənbə günü saat 22:00-da Beşiktaş Parkında oynanılacaq 2026 UEFA Avropa Liqası finalının biletləri artıq satışdadır.
Ümumi satışlar yalnız uefa.com/tickets saytında mövcuddur və müraciətlər 20 mart Cümə günü saat 13:00-dək davam edəcək.
Ümumi 37.500 biletdən 27.500-ü birbaşa azarkeşlərə və ümumi satış üçün təklif olunacaq, finalçı komandaların hər birinə isə 11.000-ə qədər bilet paylanacaq.
Qalan biletlər birbaşa dünya miqyasında europaleague.tickets.uefa.com saytında satılacaq. Müraciətləri qəbul edilən azarkeşlər maksimum iki bilet ala bilərlər.
Əlil futbol azarkeşləri həmçinin istək əsasında bir pulsuz bilet ala bilərlər.
Matçın bilet qiymətləri aşağıdakı kimidir:
1-ci kateqoriya: 240 avro
2-ci kateqoriya: 160 avro
3-cü kateqoriya: 65 avro
"Fanatlar birinci yerdədir" kateqoriyası (finalçı komandaların azarkeşləri üçün nəzərdə tutulub): 40 avro
Əlil tamaşaçılar və finalçı komandaların azarkeşləri: 40 avro
Fərid
MİA.AZ